Schlüsselwörter

Juli 2018
MoDiMiDoFrSaSo
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Kalender Kalender

Neueste Themen
» Deutsche Bankda Sperr Konto acmaq ucun senedler.
von Admin So Nov 19, 2017 6:47 am

» Almaniyada hekim islemek isteyen birinin yol xeritesi.
von Admin So Nov 19, 2017 6:40 am

» Iş icazəsi üçün lazımi sənədlər
von Admin So Nov 19, 2017 6:32 am

» Iş axtarma vizası
von Admin So Nov 19, 2017 6:29 am

» saglamliq kagizi yeni Gesundheitszeugnis
von Admin Fr Nov 17, 2017 4:52 am

» Uşaqları Almaniyada dogulan uşağa müvəqqəti pasport alma
von Admin Fr Nov 17, 2017 4:52 am

» Forumdan istifadə qaydaları
von Admin So März 10, 2013 11:30 pm

» Universitätskliniken in Deutschland
von Admin Di Feb 19, 2013 1:15 pm

» Hammerexamen.
von Admin Fr Feb 08, 2013 3:50 am

Suchen
 
 

Ergebnisse in:
 


Rechercher Fortgeschrittene Suche

Umfrage

Iş icazəsi üçün lazımi sənədlər

Nach unten

Iş icazəsi üçün lazımi sənədlər

Beitrag von Admin am So Nov 19, 2017 6:32 am

Konul Mammadova
23 Sentyabr 2013


Salamlar!
İstəyirəm sizinlə iş icazəsi üçün lazımi sənədlər, onların əldə olunma yolları, sürətlərinin təsdiqi, tərcüməsi, apostil və leqallaşdırılması, bunların xərcləri haqqında bildiklərimi bölüşüm. Bununla kimlərəsə köməyim dəyərsə sevinərəm.
Qeyd: Bu Postu 2013-cü ilin sentyabrinda yazmisham. Senedleri yigarken aradaki müddetde qaydalarda bash veren yenilikleri nezere almaginiz meslehetdir.
Erforderliche Nachweise für die Erteilung einer Berufserlaubnis/Approbation
İş icazəsi /Aprobasiya üçün lazimi sənədlər
1. İdentitätsnachweis -Xarici pasport
2. Geburtsurkunde-Doğum haqqında şəhadətnamə
3. Aktueller tabellarischer, persönlich unterschriebener Lebenslauf-CV
4. Polizeiliches Führungszeugnis-Məhkumluq haqqında arayış
5. Diplom
6. Anlage zum Diplom-Diploma əlavə (qiymət kitabçasından çıxarış)
7. Nachweis der Berechtigung zur uneingeschränkten Ausübung des Berufs-Öz ölkəsində həkim kimi işləmə məhdudiyyətinin olmaması haqqında arayış
8. Nachweis über Deutsche Sprachkentnisse -Dil sertifikatı
9. Unbedenklichkeitsbescheinigung/Certificate of good standing -İnzibati xətanın olmaması haqqda arayış
10. Ärztliche Bescheinigung (Nachweis über gesundheitliche Eignung) Saglamlıq haqqında arayış.
11. Antrag auf Erteilung der Berufserlaubnis/Approbation (Hər əyalətin ayrı hazır ərizə formaları olur, ərizəni sadəcə doldurmaq lazımdır)
12. Klinikadan Zusage ve ya ish müqavilesi
Sürətlər
Xarici pasport, doğum haqqında şəhadətnamə, diplom, diploma əlavə və dil sertifikatının səfirlikdə təsdiq olunmuş sürətini, digərlərinin isə originalını göndərməlisiniz. Bundan əlavə adı çəkilən bütün sənədlərin bir ədəd adi sürəti də lazımdır.
Sənədləri şəxsən təqdim edəcəksinizsə səfirlikdə təsdiq olunmuş sürət yerinə original sənədi apara bilərsiniz. Mən belə etmişdim.
Tərcümə
Xarici pasport, və dil sertifikatından başqa, yerdə qalan bütün sənədlərin alman dilinə tərcüməsi və tərcümənin surəti tələb olunur. CV-ni birbaşa almanca hazırlamaq lazımdır. Azərbaycanca hazırlayıb, tərcümə elətdirməyə ehtiyac yoxdur.
Mən sənədlərimi Azərbaycanda tanıdıgım yeganə andlı tərcüməçi olan İradə Abbasovaya (tel: 0555079666) tərcümə elətdirim. Ən optimal variant olaraq da hamıya məsləhət görərdim. İkinci variant notariusda tərcümə elətdirib, səfirlikdə tərcümənin düzlüyünü təsdiq elətdirməkdir. O da daha çox pul və vaxt aparir, hətta bir dəfə kiminsə bu cür tərcüməsini qəbul eləmədiklərini eşitmişəm.
Apostil və leqallaşdırma
Almaniyanın bəzi əyalətləri sənədlərin apostil olunmsını və ya leqalaşdırılmasınıl tələb edir (əslində hamısı eləməlidir). Əsas etibarilə diplom və diploma əlavənin bu cür təsdiqi lazımdır. Azərbaycanın verdiyi apostılı Almaniya tanımır və bu haqqda səfirliyə gedib də maraqlanmışdıq.
Səfirilikdə bir alman xanımın verdiyi məlumata əsasən, Azərbaycanın apostili Almaniyada tanınmadığına görə sənədlərin həqiqiliyi konsul leqallaşdiırılması ilə təsdiq olunmalıdır. Bunun üçün isə Almaniydan sefirliye xəbər göndərilməlidir. Yəni BE üçün sənədləri Almaniyanın məsul qurumuna göndərdikdən sonra, onlar səfirliyə yazırlar ki, filan dokumenti leqallaşdırmaq lazımdır. Bir sənədin leqallaşdırılması 250 avrodur və 6 həftəyə kimi çəkə bilər.
O vaxt belə düşünmüşdüm ki, tanimasalar belə lazımi sənədləri apostil edib göndərim. O ümidlə ki, bəlkə tanımamalı olduqlarını bilmədilər , ya da yola verdilər ve leqallaşdirma tələb etmədilər. Bu cür də etdim, nə özümdə, nə də başqa bu cür edən bir çox tanışlarımda bunu problem etməyiblər.
Apostili Xarici İşlər Nazirliyi edir. Həftə içi 14:30-15:30 arası apostil işinə baxan bölmə açıq olur. Bir sənəd üçün dövlət rüsumu 11 manatdır və normada 7-10 günə verilir. Bir günə də almaq mümkündür. Mənim vaxtım çox dar olduğundan çalışıb bir günə əldə eləmişdim. Nazirlikdə sizdən hansı ölkə üçün lazım olduğunu soruşanda Almaniya desəniz deyəcəklər, gedin əvvəl Ədliyyə nazirliyində möhür vurdurun, sonra bizə gətirin. Ona görə elə bəri başdan deyin ki, Türkiyə üçün lazımdır, *ürüb edəcəklər. Onsuz da apostılın bütün dünya üzrə standart forması var və üstündə konkret hansısa ölkə üçün nəzərdə tutulduğu yazılmayıb.
Leqallaşdırmanın səfirlikdə mənə izzah olunan variantından fərqli bir yolu da var, sənədləri əvvəl Ədliyyə Nazirliyinə, sonra Xarici İşlər Nazirliyinə aparıb, sonda səfirlikdə təsdiq eləmək lazım olur. Daha ətraflı məlumatım yoxdur.
Azərbaycanda Leqallaşdirma və apostilin verilməsi haqqda bu linkdən ətraflı məlumat ala bilərsinizI
http://www.justice.gov.az/notariat.php?page=0304
Məhkumluq haqqında arayış
Bu arayışı bütün respublika üzrə Asan xidmət verir. Şəxsiyyət vəsiqənizlə birgə Asan xidmətin yaxınıqdakı idarəsinə müraciət etməlisiniz (hansı şəhərdə qeydiyyatda olmağınızın fərqi yoxdur) Sənədin verilmə müddəti bir gündür və heç bir rüsum tələb olunmur. Arayış təqdim olunduğu gündən 3 ay əvvələ kimi alına bilər.
Nachweis der Berechtigung zur uneingeschränkten Ausübung des Berufs-Öz ölkəsində həkim kimi işləmə məhdudiyyətinin olmaması haqqında arayış
Unbedenklichkeitsbescheinigung/Certificate of good standing -İnzibati xətanın olmaması haqqda arayış
Göstərilən iki sənədə müvafiq arayışı dekanlıqdan almaq lazımdır. Dekanlıqda 3-cü mərtəbədə diplom verilən otagın yanındakı otağa yaxınlasıb inzibati xəta haqqda sənəd lazım olduğunu deyin. Verəcəkləri bir arayış məğz baxımından hər iki tələb olunan sənədi əvəz edir və əlavə problem yaranmır.
Bele bir söhbət var idi ki, bu sənəd mütləq Səhiyyə Nazirliyindən alınmalıdır, əks halda problem yarana bilər. Özümün və bir çox tanışımın təcrübəsindən deyə bilərəm ki, dekanlıqdan alınan arayış tamhüqüqlu sənəddir, lazımı bütün məlumatı əhatə edir və problem yaranmır. Onun üzərində səhiyyə nazirliyinin də möhürü olur. (Arayışı *ürüb möhürlədəndə katibəyə qeyd edin ki, Səhiyyə nazirliyinin adı olan möhür lazımdır. Təkcə “Azərbaycan Tibb Universiteti” yazılan möhür də var, onu vurmasın) Səhiyyə Nazirliyi isə bu sənədi ancaq dövlət xətti ilə gedən şəxslərə verir. Bir neçə dəfə maraqlanmışıq. Düşünürəm ki, ordan da necəsə almaq olar, amma boşuna sərf olunmuş vaxt, enerji və s. itkisi olacaq.
İnterna
Yuxarıda adi gedən arayışda Azərbaycanda internanın artıq olmaması haqqında da yazılıb. Ayrıca arayış vermirlər. Əgər Alman idarələri interna olmadığını problem edərsə, onlara www.anabin.de saytında ATU haqqında bir daha oxumalarını xahiş edin. Bu sayt almanların rəsmi saytıdır və orda aydin yazılıb ki, artıq bizdə interna yoxdur.
Bu yaxınlarda BE üçün sənədlərini təqdim eləmiş bir tanışım interna keçmədiyinə görə BE ala bilməyəcəyi cavabını almışdı. Dediyim kimi anabin.de saytında yoxlamaqlarını xahiş etdi, problem aradan qalxdı.
Sağlamlıq haqqında arayış
Mən bu arayışın almanca yazılmış variantına həkim möhürü vurdurub elə aparmışdım. Möhürdə ingiliscə də həkim yazıldığına görə problem olmayacağını düşünmüşdüm, olmadı da.
Başqa bir variant da poliklinikaya gedib, peşəyə yaralılıq haqqında arayış istəyin, arayışı tərcümə elətdirib göndərin.
Belə bir söhbət də var idi ki, bu arayış mütləq Almaniyadan alınmalıdır. Bir tanışım buna görə mail yazıb öz əyalətinin BE üşün məsul şəxsindən soruşmuşdu və mütləq Almaniyadan almalı olduğu cavabını almışdı. Özü Azərbaycanda olduğu üçün məcbur qalıb sənədi Azərbaycandan alib göndərmişdi və elə deməklərinə baxmayaraq problem yaranmamışdı. Sözümün canı odur ki, belə bir şey eşitsəniz narahat olmayın. Yüzə yaxın adam Azərbaycandan aıdığı arayışla BE alıb.
Diplom
6-cı kursda oxuyan tələbələr üçün qeyd edim ki, əgər diplomu daha tez əldə eləmək istəyirsinizsə, dövlət imtahanlarından sonra dekanlıqda 3-cü mərtəbədə diplom verilən otaga gedin və adınızı yazdırın ki, mənə diplom tez lazımdır. İyulun ilk 10 günlüyündə veriləcək.
Qiymətlər
Sənədlərin sürətinin səfirlikdə təsdiqi təxminən 50 avro
DHL-express poçtu ilə sənədlərin Almaniyaya göndərilməsi 50 manat (3-5 iş gününə çatdırılır)
Tərcümə ( İradə xanima elətdirsəniz) təxmini 80 manat
Apostil 22 manat (diplom və diploma əlavəni elətdirmişdim)
Approbationsantrag və Ärztliche Bescheinigung Formularini linkdän yükləyə bilərsiniz
https://www.dropbox.com/sh/j82cuzfl06hmin6/XutlZBxfPj
Hər birinizə uğurlar
Könül Məmmədova
http://www.justice.gov.az/notariat.php?page=0304

Admin
Admin

Anzahl der Beiträge : 92
Anmeldedatum : 19.01.13

Benutzerprofil anzeigen http://appro.forumieren.com

Nach oben Nach unten

Nach oben


 
Befugnisse in diesem Forum
Sie können in diesem Forum nicht antworten